F-1.az xəbər verir ki, ölkə bu il olduğu kimi, gələn il də F1-i qəbul etməyəcək və bu vəziyyət Formula1-in rəhbərini xeyli təəccübləndirir. İtalyan mütəxəssis bu barədə Sport Bild-ə danışıb.
S.Domenikali: “Biz bu problemi həll etmək üçün bir yol tapmalıyıq, lakin mən təşəbbüsü üzərimə götürməsəm, çox məlumat əldə edə bilməyəcəm. Alman tərəfin nümayəndələri ancaq danışır, lakin bizim faktlara ehtiyacımız var. Niyə bu yarış barədə uğurlu işlər qura bilməməyimiz mənim üçün müəmmadır. Uğur əldə etsək, yarışlar Almaniyaya qayıdacaq. Hokkenhaymda və ya Nürburqrinqdə baş tutacaq yarış diqqətləri cəlb edəcək, lakin belə bir layihə bütün tərəflər üçün faydalı olmalıdır, biz bütün xərcləri çəkə bilmərik”.
Stefano bir qrup insanın F1 rəhbərliyinin yalnız mənfəət güdərək S.Ərəbistanı və Qətər kimi insan haqlarının tanınmadığı ölkələrdə yarışlar keçirdiyi iddiasını da rədd edib: “Biz Formula1-in ruhunu satmırıq. Bu idmanın gücündən və nüfuzundan istifadə edərək müsbət dəyişikliklərə nail olmaq istəyirik. Pul istənilən işdə vacibdir. Lakin biz təkcə pulun dalınca getemirik – hər şey balanslı və kompleks şəkildə olmalıdır. Biz yalnız bank hesablarının vəziyyəti ilə maraqlansaydıq, çempionatın təqvimi tamamilə fərqli olardı”.