F-1.az xatırladır ki, gələn il Formula1 təqvimində 24 yarış olacaq və bu tarixin ən uzun təqvimidir. Lakin əksəriyyət iddia edir ki, 2024-cü ildə 25 yarışlıq təqvim ola bilər.
Stefano Domenikali: “23 ya da 24 yaxşı saydır. Yarış sayını çoxaltmaq istəmirəm. Trasları seçəndə çox faktora nəzər salıram. Lakin maksimum say 24-dür.
Əvvəllər təqvimdə 15 yarış olardı, amma o zamanlar vəziyyət fərqli idi. Hazırda Formula1-ə böyük maraq var. Ümid edirəm ki, maraq daha da artar. 24 yarış idealdır. Əgər çoxlu yarış problem yaratsa, sayını azaldardım.
Balansı qorumağa çalışıram. Yarışların üçdə biri Avropada, üçdə biri Amerikada və Yaxın şərqdə, üçdə biri isə uzaq şərqdə olacaq. Təqvimi tərtib edərkən maddi tərəfi də düşünürük. Təklif çoxdur. Seçim edərkən azarkeşləri, komandaların və istehsalçıların marağını da nəzərə alırıq”.