Əvvəlcə tras ərazisində ildırım və şimşək olması səbəbindən yarışın startı saat yarım gecikib. Yekunda gözlənilən leysan heç başlamayıb və yarışa start verilib.
Bunun ardınca çoxsaylı qəzalar baş verib, nəticədə pilotlar 80 dövrədən 36-nı təhlükəsizlik maşınının arxasında vurmalı olublar və starta çıxan 26 maşından yalnız 13-ü finişə çatıb.
Diksonun özü də toqquşmalardan qurtula bilməyib və yarışı maşının altlığının yarısı olmadan və ön qanadı tamamilə sınmış halda başa vurub. O, finişdən sonra etiraf edib ki, son dörd döngədə asfaltayatma qüvvəsi, ümumiyyətlə, hiss olunmayıb.
Qələbənin taleyini Diksonun pit stop üçün seçdiyi uğurlu vaxt həll edib, növbəti dövrədə isə ağır qəzadan sonra yarış qırmızı bayraqlarla dayandırılıb. Bunun sayəsində Dikson restartdan sonra lider olub, çünki öndəki sürücülərin hamısı boksa yanacaq dalınca yollanmalı olublar. Diksona isə sadəcə son dövrədə pouldan start almış Skott MakLaflinin hücumundan müdafiə olunmaq qalıb.
Bu, sürücünün karyerasında 53-cü qələbəsidir. Bununla da Skott artıq Mario Andrettini keçərək uğurlu IndyCar sürücüləri siyahısında ikinci yerdə qərarlaşıb. Birinci yeri isə 67 qələbə ilə Ey Cey Foyt tutur.
Çempionatda da vəziyyət gərginləşib. Dikson qələbə sayəsində 2-ci yerə yüksəlib (444 xal) və Vill Pauerə cəmi 6 xal uduzur. Markus Eriksson da Diksona 6 xal uduzur. Bu üçlüyü Cozef Nyuqarden (428) və son çempion Aleks Palou (417) təqib edirlər.
Mövsümün sonuna isə cəmi 3 yarış qalır – iki həftədən sonra iştirakçılar Finiksdə bir araya gələcəklər…