F-1.az xəbər verir ki, 35 yaşlı Dikson hazırda 24 saatlıq Daytona yarışına hazırlaşır.
Yeni zelandiyalı sürücü verdiyi son müsahibəsində bildirib ki, idman avtomobilləri peşəkar sürücülər üçün daha uyğundur. Dikson daha sonra Formula1-in kommersiya tərəflərini tənqid edib: “İndiki dövrdə ancaq istedadlı olmağınız sizi yuxarı pillələrə qaldırmır. Xüsusən də, təkoturacaqlı seriyalarda sizin istedadınız sizə kömək etmir. Formula1-də pul ödənilən sürücülərin sayı çox azdır. Çoxusu yarışdığı komandaya pul ödəyən sürücülərdir.
Əgər avtomobili yaxşı idarə edirsinizsə və sürətiniz varsa, ən yaxşı alternativ uzun məsafəli yarışlardır. Burada puldan çox, istedada önəm verilir, ona görə də gənc pilotlar uzun məsafəli yarışları seçirlər”.