S.Burde: “Uğursuzluğum İndyCar sürücülərini F1-dən kənar qoydu”

Hazırda İndyCar-da mübarizə aparan sabiq Formula1 sürücü Sebastyen Burde amerikalı sürücüləri zəif zənn edən Günter Ştaynerə cavab verib.

F-1.az xatırladır ki, fransalı sürücü 2008-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt etmiş və 2009-cu ildə mövsümün gedişində komandadan qovulmuşdu.

Sebastyen Burde: “Sözün açığı, heç kim bunu diqqətə almaq istəmir, amma Formula1 öz kiçik adasında yaşamaqla məşğuldur. Ya onların istədiyi oyunu oynayıb sistemə uyğunlaşarsınız, ya da idmandan tamamilə uzaqlaşdırılarsınız. Amerikalı sürücülərin incikliklərini anlayıram. Çünki bu ədalətli deyil. Amma Formula1 nə vaxt ədalətli oldu? Heç vaxt. Açıq təkərli seriyaların şahı Formula1-dir və burada yarışmaq istəyən heç kimi günahlandırmaq olmaz.

Formula1-də yarışmaq üçün Formula3000-də bir, Amerikada isə 4 dəfə çempion oldum. Ancaq amerikalı sürücülərə kömək edə bilmədim, çünki uğursuz oldum. Məndən əvvəl də Aleks Dzanardi (ardıcıl iki dəfə CART çempionu. 1999-cu ildə Williams komandasında yarışıb xal qazana bilmədi) yarışmış və uğursuz olmuşdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*