F-1.az xatırladır ki, Red Bull komandası keçən həftə Pyer Qaslinin test pilotu olacağını açıqlamışdı. Bu təyinatdan sonra Bueminin taleyinin necə olacağı hər kəs üçün maraqlı idi.
Toyota GAZOO Racing komandasının tərkibində WEC-də, Renault e.dams ilə Formula E seriyasında iştirakını davam etdirən 27 yaşlı isveçrəli Sebastyen Buemi bildirib: “Qaldığım yerdən davam edəcəm. Red Bull-dayam və simulyator üzərində işləməyə davam edəcəm. Məlumatım bundan ibarətdir”.
Xatırladaq ki, 2009-cu ildən 2011-ci ilə qədər Formula1-də iştirak edən Buemi 55 yarışa çıxıb. Ən yaxşı nəticəsi debüt ilində Avstraliya və Braziliya yarışlarında tutduğu 7-ci yer olub.