Ş.Bratçes postunu tərk edir?

Formula1-in kommersiya direktoru Şon Bratçes vəzifəsindən getməyə hazırlaşır.

 

F-1.az xatırladır ki, Şon bu vəzifəyə 2017-ci ildə gəlmişdi. Onun əsas işi gəlirləri artırmaq idi. Ancaq Bratçesin ailəsi ABŞ-da yaşadığı halda, özü Londonda yaşayır. Buna görə də ailəvi problemləri var.

Formula1-in rəhbəri Çeyz Keri bu barədə belə danışıb: “Şon mövzusu barədə müzakirələr gedir. Hələ qərar verilməyib. Sözün açığı, o, fərqli həyat tərzi keçirir. Özü Londonda, ailəsi ABŞ-da yaşayır. Amma indiyə kimi gördüyü işlərdən həzz alıb. Gələcəyimizlə bağlı həyəcanlıdır. Hazırda nəfəs almağa vaxtımız yoxdur. Gələn həftə Londonda gələcəyimiz barədə danışacağıq. Ancaq hələ qərar verməmişik”.

Britaniya mətbuatı xəbər verir ki, Şon Bratçes gələn həftə vəzifəsindən gedəcək. Onu kimin əvəzləyəcəyi isə hələ bilinmir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*