F-1.az xəbər verir ki, Səm Börd 2010-2014-cü illərdə Mercedes AMG komandasında test pilot olub. Britaniyalı sürücü bu müddət ərzində Mixael Şumaxer, Lyuis Həmilton və Niko Rosberq ilə işləyib.
Xatırladaq ki, 29 yaşlı sürücü hazırda Formula E seriyasında yarışır və DS Virgin Racing komandasının şərəfini qoruyur.
Börd bildirib ki, onun qəhrəmanı Mixael Şumaxerdir: “Şumaxer həyatımda gördüyüm ən böyük və ən güclü sürücü idi. Bəxtəvər idim, çünki onunla işləmə şansım oldu. Bu inanılmaz hiss idi”.
Britaniyalı sürücü Formula1-də yarışa bilməməsi səbəbini də deyib: “Formula1-də niyə yarışa bilmədim? Çünki üstümdə 20 milyon avro dəyərində çek yox idi. F1-in yerinə Formula E-də yarışıram və burada pul qazanıram”.