F-1.az xatırladır ki, Ferrari 75-ci ildönümünü Montsada xüsusi geyimlər və boliddə xüsusi rəng çaları ilə qeyd edib. Yarış günü boksa İtaliyanın baş naziri Sercio Mattarella və Ferrari-nin prezidenti Con Elkan gəlib.
Sem Börd: “Ferrari-nin köklü keçmişi var. Montsada 75-ci ildönümlərini qeyd etdilər və paddokda əksəriyyət Ferrari boksunda qonaq idi.
Belə tarixi komandanın üzərində həmişə təzyiq olur. Belə şənliyi Red Bull boksunda görmüsünüz? Onlar heç vaxt ildönümlərini qeyd etmirlər. Ferrari isə belə şənliklər edib, çoxlu insanları qonaq edir.
Red Bull sadəcə yarışır və qələbəyə kökləniblər. Bəlkə, gələcəkdə bu hal dəyişər”.