S.Börd: Peres Red Bull-un istədiyi sürücüdür

Formula E sürücüsü Sem Börd düşünür ki, Serxio Peres Red Bull üçün ən doğru seçimdir.

F-1.az xatırladır ki, 2018-ci ildə Rikkardo komandadan ayrılandan sonra yerinə Pyer Qasli, daha sonra isə Aleksander Elbonu gətirsələr də, ikisi də yarıtmamışdı. Bundan sonra “qırmızı öküzlər” Peresi transfer etmək qərarına gəliblər. Meksikalı sürücü də onların ümidini doğruldaraq, iki mövsümdə 3 yarış qazanıb.

Sem Börd: “Peres görməli olduğu işi görür. O, Ferstappenin istədiyi ikinci pilotdur. Red Bull-un ona ehtiyacı var. Bilirik ki, Ferstappen komandanın lideridir. Bu heç vaxt dəyişməyəcək. Bu halda Peres iş bacara bilir? Bəli!

Elbon və Qasli komandada olanda hamıda bir şübhə olurdu. Ancaq Peres barədə heç bir şübhə yoxdur. Hamı onun Maksa 0.3-0.4 saniyə uduzmasından razıdır. Elbonla Qasli isə gənc olduqlarından onlardan tələb çox idi. Peres isə 12 ildir idmandadır və hamı onun potensialına bələddir. Burada bir missiyası var.

Peres günündə olsa, yaxşı performans göstərə bilər və qələbə qazanar. Komandanın buna ehtiyacı var. Buna görə də o, əsl Ferstappenin istədiyi ikinci pilotdur. Siz Maksın yanında kimi yarışdırardınız? İki güclü sürücü istəyərdiniz?

Peres işini yaxşı gördü və çempionatda üçüncü oldu. Red Bull-un mühəndislər kubokunu qazanmasına da kömək oldu və qələbələr qazandı. Bir mövsümdə həm Monakoda, həm də Sinqapurda qələbə qazanmaq gözəldir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*