S.Berra: Soft təkərlər soyuq trasda da səmərəlidir

Dünənki sıralanma turu dəyişkən hava şəraitində keçib, yağış təkrar yağmazdan əvvəl Soft təkərlərlə ən yaxşı nəticəni göstərən Kevin Maqnussen poulun sahibi olub.

F-1.az bildirir ki, Pirelli-nin baş mühəndisi təkərlərin performansından razıdır.

Simone Berra: “İnterlaqosda təsnifat mərhələsi çətin keçdi – sürücülər səhərki məşqlərlə müqayisədə, tamamilə fərqli şəraitdə mübarizə apardılar – yağış yağanda asfaltın temperaturu 40 dərəcədən 20 dərəcəyə düşdü. Gətirdiyimiz tərkiblər müxtəlif şəraitlərdə yaxşı işlədi. Hətta soyuq trasda belə Soft təkərlər optima şəraitin olmamasına baxmayaraq, ilk məşqdən daha yaxşı nəticələr əldə etməyə imkan verən effektivliyini sübut etdi. Cümə günü əldə etdiyimiz məlumatlar ikinci məşqlərdə öz əksini tapmalıdır. Lakin görünür, hər üç tərkib müxtəlif yarış strategiyası seçimlərində mühüm rol oynayacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*