S.Berra: Dövrəvi rekord artıq cümə günü yenilənib

Mayami trasında keçən il cümə gününə təsadüf edən Şarl Leklerin dövrəvi rekordu Maks Ferstappen tərəfindən yenilənib.

F-1.az xəbər verir ki, niderlandlı sürücü 1:27.930 ilə Ferrari-dən olan həmkarının dövrəvi nəticəsini 0.886 saniyə yaxşılaşdırıb. Pirelli isə yeni asfalt örtüyündə təkərlərin performansından məmnundur.

Simone Berra, Pirelli-nin baş mühəndisi: “Cümə günü Mayamidə keçirilən iki saatlıq məşq olduqca gərgin keçdi. Naməlum olanlardan biri yeni asfalt idi, lakin keçmiş yarışlarda biz 2023-cü il maşınlarını keçənilkindən əhəmiyyətli dərəcədə sürətli gördük, bu da ikinci məşqin nəticələri ilə sübut olunur – keçən ilki poul dərəcəsindən 0.9 saniyə daha yaxşıdır. Komandalardan aldığımız məlumata əsasən, şənbə günü daha yaxşı dövrəvi nəticələr gözləmək olar.

Yeni asfalt çox hamar və sürüşkəndir. Şərait düzəldikcə yaxşılaşan yaxşı dartma qüvvəsi təklif edir. Bu, maşınların sürətinin artması ilə yanaşı, arxa təkərlərin müəyyən qədər qızmasına səbəb olub. Medium və Soft təkərlərində biz dənəvərləşmə gördük və təkcə arxa təkərlərdə deyil, həm də bu trasda çox gərgin işləyən ön təkərlərdə bu baş verdi. Hard təkərləri çox sabit olduğunu sübut etdi. Görək, şənbə günü hava şəraitini nəzərə alaraq trasın vəziyyəti necə dəyişəcək. Bazar günü səmanın daha buludlu olacağı və əhəmiyyətli dərəcədə yağış yağacağı gözlənilir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*