S.Berra: Cümə günü daha çox Soft təkərlərə müraciət edilib

Cümə günü komandalar demək olar ki, Hard təkərlər ilə işləməyiblər, qısa və uzun məsafələrdə Softun səmərəliliyini qiymətləndirməyə diqqət yetiriblər.

F-1.az xəbər verir ki, komandaların Medium təkərlərlə bağlı sualları olmayıb, çünki 1 həftə əvvəl məhz bu trasda baş tutan testlər zamanı onlar kifayət qədər yoxlanılıb.

Simone Berra: “Cümə günü komandalar Soft təkərlərinin uzun məsafədə performansını qiymətləndirdilər. C3-ün aşınmasını qiymətləndirmək üçün dolu çənlərlə bir çox dövrə vurdular.

Williams-ın vurduğu bir neçə dövrədən başqa, yeni C1 bu gün demək olar ki, istifadə edilmədi. Bu ən yeni sərt birləşmə yarışda yaxşı olacaq, ona görə də komandalar onu saxlamaq istədi.
Təkərlərin deqradasiyası bizim hesablamalarımıza və mövsümün ən aşındırıcı asfaltlarından birində keçən həftə baş tutan testlərdən əldə etdiyimiz məlumatlara uyğundur.
Pirelli friday
Pirelli friday
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*