F-1.az bildirir ki, Red Bull komandası Exxon/Mobil, Renault və digər müştərisi McLaren isə BP/Castroll yanacaqlarından istifadə edirlər.
Siril Abitebul: “Sözün açığı, Red Bull-un qələbəsini istəyərəm. Buna yaxın olsalar da, rəqibləri ilə eyni səviyyədə deyillər. Fərqli yanacaqla güclü ola bilərdilər. Bizim işlətdiyimiz yanacaqdan istifadə etsəydilər, daha yaxşı performans göstərərdilər. Amma biz də mühərriyi təkmilləşdirməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Ferrari və Mercedes-lə fərqi qapadarıq”.