F-1.az xatırladır ki, hazırda peletonun ən güclü sürücülərindən biri sayılan Rikkardo yayda gözlənilmədən Renault-ya transfer olunub.
Siril Abitebul: “Çox rahatlamışdıq. Viri və Enstoundakı bazalarda insanların reaksiyası inanılmaz idi. Bunu gözləsəm də, inanmırdım. Fantastik an idi. Hər iki bazada daha əvvəl belə reaksiya görməmişdim. Mənə Alonsonun çempionluqlarını xatırlatdı. Danielə uğur üçün gözləməli olduğunu dedim. Ona dedim ki, onun komandaya qatqısı sürməkdən daha artıq olacaq. Onun səfir olmasını gözləyirik. O, lider olmalı və təcrübəsini bizimlə bölüşməlidir. Komandaya yeni işçilər gəldi. İndi isə əlavə ulduza ehtiyacımız var”.