S.Abitebul: “Renault orta qrupda mübarizə aparacaq”

Renault Motorsport-un rəhbəri Siril Abitebul bildirib ki, orta qrupda mübarizə aparmamaq üçün heç bir bəhanələri yoxdur.

F-1.az xatırladır ki, Renault komandası 2016-cı ildə 5 illik fasilədən sonra idmana qayıtmış və çətin mövsüm keçirərək, 9-cu olmuşdu.

Renault keçən il bazasında inkişaf proqramı başlatmış və iş gücünü 20 faiz artırmışdı. Bundan başqa fransızlar 2017-ci il bolidinin üzərində daha tez işləməyə başlamışdılar.

Siril Abitebul: “Qaydalar yenilənəcək və məncə, bu yaxşıdır. Mövsümün əvvəlində orta qrupda ola bilərik. Amma lider qrupunda olan rəqiblərimizlə mübarizə aparmaq üçün vaxta ehtiyacımız var. Bazaya investisiya qoymaq lazımdır, yoxsa lider qrupundakı komandalar fərqi artıracaqlar. Bizdən daha yaxşı inkişaf edirlər. Bizdən daha yaxşı təkmilləşirlər. Bazanı buna görə böyütmək istəyirik”.

Komandanın texniki direktoru Bob Bell isə bunları deyib: “Mühərrik komandası çox intizamlıdır və dəyişikliklər barəsində çox açıq sözlüdürlər. Bəzən mühərriyi qarajda test edəndə sürətli olur, amma şassiyə yerləşdirəndə güc itirdiyini görürsünüz. Məsələn, mühərriyi daha güclü etmək üçün radiatorları böyütməlisiniz. Əks halda lazımi qədər sürətli olmursunuz. Mühərrik hissəsindəki çatışmazlıqları öyrənmişik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*