F-1.az xatırladır ki, mövcud mühərriklərin 4-cü mövsümü olduğu üçün istehsalçılar performans artırmağın çətin olduğunu bilirlər. Buna görə də bütün istehsalçılar etibarlılıq üzərində işləyirlər. Mercedes-in də eyni addımı atması gözlənilir.
Red Bull komandası Renault-dan Kanadada ciddi yeniliklər gözləyirdi, lakin bu yeniliklərin gəlməməsi komandada ciddi narazılıq yaratdı.
Siril Abitebul: “Böyük yenilik gəlməyəcək. Sarı rəngli komandama görə məyusam. Buna fokuslansaq da, 2017-ci ildə daha çox sehrli mərmimiz olmayacaq.
Red Bull-u çox sevsəm də, onlar mühərriyin inkişafından məsul deyillər. Mühərrik davamlı inkişaf edir. Keçən il performans cəhətdən geri qaldığımız üçün hər yarış yenilik gətirirdik. Bütün komandalarla fərq çox idi. Bu il belə olmayacaq. Gələn il də olmayacaq. Hazırda fərqlər o qədər azdırkı, kiçik addımlar da liderlərlə fərqi bağlamağa kömək edəcək. Bütün yarışlarda bu olut. Hər yarış üçün addımlar atacağıq. Böyük yeniliklər gətirməyəcəyik.
Etibarlılıq cəhətdən yaxşıyıq. Bəzi çətinliklər yaşaya bilərik, çünki hələ də mövsümün ilk mühərriyindən istifadə edirik. Yeni mühərriklər daha etibarlı olacaqlar. Beləliklə, maksimum performansla daha uzun məsafə qət edə biləcəyik. Mercedes də bundan danışmışdı. Biz də eynisini edirik. Beləliklə fərqli mühərrik sazlanmalarından istifadə edə biləcəyik. Əsas məqsəd etibarlılığı yaxşılaşdırmaqdır. Mövsümün sonunda performans üzərində işləyə bilərik. Dördüncü güc qurğusunda bunu planlaşdırırıq, çünki 3-cü mühərrik indidən hazırdır. Monrealda mühərrik partlasaydı, 3-cü hazır idi.
Kiçik addımlar olacaq. Gələn il üçün daha keyfiyyətli addımlar planlaşdırırıq. 2018-ci il mühərrikləri üçün daha yaxşı vəziyyətdəyik. Bir neçə sahədə bəzi yeniliklərə sahib olacağıq. O halda belə hər yarışa kiçik yeniliklər gətirəcəyik”.