F-1.az xatırladır ki, fransız mühərrik istehsalçısı 2007-ci ildən Red Bull-a mühərrik verir. “Qırmızı öküzlər” bu müddətdə 50 qələbə, 57 poul və 4 Dünya Çempionluğu əldə ediblər.
Siril Abitebul: “2019-cu ildə Red Bull-la davam edib-etməyəcəyimiz müəmmadır. Onlara 12 ildir mühərrik veririk və hər mövsüm aramızda münaqişə olub. Buna baxmayaraq, onlarla işləməyə davam edirik. 2019-ci ildə bunun davam edəcəyini bilmirəm, ancaq tezliklə qərar verilməlidir. Red Bull və McLaren-i müştərilərimiz kimi yox, ortaqlarımız kimi görürük. Hamını eyni mühərriklə təmin edəcəyimizə söz veririk”.