F-1.az xatırladır ki, Red Bull bu mövsüm TAG Heuer brendi altında Renault mühərrikləri ilə mübarizə aparacaq.
Lotus-u alan Renault zavod komandası quraraq yenidən Formula1-ə geri qayıdıb. Bu vəziyyətdə Red Bull-a eynigüclü mühərriklərin verilib-verilməyəcəyi maraq doğurur.
Siril Abitebul: “Red Bull ilə münasibətimiz heç də yaxşı deyildi. Keçən mövsüm bunu daha aydın gördük. Münasibətimizi düzəltmək üçün çox çalışdıq, amma olmadı. Müasir Formula1 çox fərqlidir. Uğur üçün təkcə mühərrik tədarükçüsü olmaq kifayət etmir. Bütünlükdə bolid üzərində işləmək vacibdir. Buna görə də, Red Bull-a mühərrik verərək inkişaf etməyimiz mümkün deyildi”.