F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2007-ci ildən tərəfdaşı olduğu Renault mühərriklərindən imtina ediblərvə gələn ildən Honda mühərriyindən istifadə edəcəklər.
Siril Abitebul: “Bu hal inkişafımıza müsbət təsir göstərəcək. Renault 2016-cı ildə idmana qayıdanda bilirdik ki, Red Bull ilə münasibətlər əvvəlki kimi olmayacaq. Mühərrik təminatçısından baza komandasına dönməli idik. Artıq diqqətimiz dağılmayacaq və öz komandamıza fokuslanacağıq. Red Bull da özünə tərəfdaş tapdı və artıq baza komandası statusuna qovuşub. Bu, Honda üçün də yaxşıdır. Artıq güclü müştəriləri var. Hamı üçün əla oldu”.