S.Abitebul: “Qənaətbəxş nəticə idi”

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Avstraliyada qənaətbəxş nəticə qazanıblar.

F-1.az xatırladır ki, mövsümün ilk yarışında Hülkenberq 7-ci, Sayns isə 10-cu olaraq komandalarına vacib 7 xal qazandırmışdılar.

Siril Abitebul: “Qənaətbəxş nəticə aldıq. Yarışımızda qüsurlar olsa da, qışda gözəl işlədiyimizi gördük və sükanı belə saxlamalıyıq. Pit-stoplarla və etibarlılıqla bağlı problem olmadıqdan sonra onluqda bitirmək çətin olmadı. İki sürücü ilə xal qazanmaq bizə motivasiya verdi. Təhlükəsizlik avtomobili işimizi çətinləşdirdi. Heyif ki, yarış zamanı belə hallar olur. Bir gün bəxt sizin üzünüzə güldüyü halda, sabah əksi ola bilər. Orta qrupdakı rəqabətin çətin olacağını bilirdik və ilk yarışda bunu gördük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*