F-1.az xatırladır ki, həm Hülkenberq, həm də Rikkardo yarışın son dövrələrində mübarizəni dayandırıblar. Bəhreyndən xalsız ayrılan Fransa komandası Mühəndislər Kubokunda 9-cu pilləyə yuvarlanıb. Mühərrik xalları sıralanmasında isə sonuncudurlar.
Siril Abitebul: “Gərgin keçən qış tətilindən sonra mövsümə çox pis başladıq. Melburnda da elektrik probleminə görə sıralanma turunda geri qalmışdıq. Bu problemləri daha əvvəl yaşasaq da, Bəhreyndə həll edə bilmədik. Bunlar get-gedə əsəbpozucu olurlar. İki bolid həm vahid, həm də yarış tempində güclü idi. Niko 17-ci yerdən 6-cı yerə yüksəlmişdi. Danielin yarış tempi isə güclü idi. Amma strategiyada oynadığımız qumar tutmadı. Etibarsızlıq problemlərini həll etməliyik”.