F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1-də ikinci mövsümünü keçirsə də, cəmi bir dəfə – keçən ilin Malaziya yarışında xal qazana bilib. 25 yaşlı sürücü bu mövsüm bütün sıralanma turu sessiyalarında komanda yoldaşı Hülkenberqə məğlub olub. Palmer sonuncu Azərbaycan yarışında da mühərrik problemi yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.
Bəzi söz-söhbətlərə əsasən, Renault mövsümün ortasında britaniyalı sürücünü komandadan göndərib əvəzinə Kubitsanı gətirməyi planlaşdırır.
Siril Abitebul: “Vəziyyətin belə davam etməsini gözə ala bilmərik. Coliona kömək etməliyik. Bilirik ki, o da əlindən gələni edəcək. Buna görə də heçı bir ultimatum vermirik. Bu bolidlə xallar ala bilər və bunu etməlidir. Hər şey güvəndən asılıdır. Keçən il göstərdi ki, GP2-dəki istedadını itirməyib. Komanda yoldaşı çox sürətlidir və bolidində çox sayda etibarlılıq problemi çıxdı. Amma bu cür çətin dövrdə həm onu, həm ailəsini qorumaq istəyirik. Bu həm onun, həm də bizim üçün çətin dövrdür. Amma bu çətin dövrdən bir yerdə keçəcəyik. Ona güvənimiz tamdır”.