S.Abitebul: “Mühərriklərin inkişafı dayandırılmalıdır”

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, yeni mühərrik reqlamenti gətirilməmişdən əvvəl 2019-cu və 2020-ci ildə mühərriklərin inkişafı dondurulmalıdır.

F-1.az xatırladır ki, Liberty Media və FİA 2021-ci ildə mühərriklə bağlı reqlamenti dəyişdirmək istəyirlər.

Siril Abitebul: “İki mühərriyi paralel olaraq təkmilləşdirmək istəmirəm. Bu, əsas mövzulardan biridir. Amma bu barədə danışmaq üçün tezdir. Renault olaraq bizim iki mesajımız var. Birinci qaydaları qəbul etməmişdən əvvəl onları anlamalıyıq. İkincisi isə, eyni zamanda iki mühərrik üzərində işləmək istəmirik. Belə olsa, idmana yeni gələn istehsalçı böyük üstünlük qazancaq.Çünki idmandakı mövcud vəziyyəti düşünməyəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*