F-1.az xatırladır ki, Renault Hülkenberqlə Belçikada 6-cı yeri tutaraq, komanasına 5-ci yer uğrunda gedən mübarizədə önəmli xallar qazandırıb.
Siril Abitebul: “Montsa mühərriyə qarşı tələbkar traslardandır. Mühərriyimiz Mercedes və Ferrari-dən geridə qalsa da, bolimizə güvənirəm. Spada göstərdiyimiz performansdan sonra komandada özünə inam artıb. Məqsədimiz iki bolidlə də xal almaqdır. Təbbi ki, bu asan olmayacaq, amma Niko ideal formadadır və Palmer Belçikada motivasiyalı idi. Əgər Belçikada ötürmələr qutusunda problem yaşamasaydı, onluğa düşə bilərdi.
İtaliya Qran Prisi atmosferinə görə Avropanın ən yaxşılarındandır. Azarkeşlərin dəstəyinə görə sürücülər əlavə motivasiya qazanırlar və buna görə də performansları artır. Bizim üçün həyəcanlı yarış olacaq. Ümid edirəm ki, problem yaşamadan damalı bayrağa onluqda çatarıq”.