S.Abitebul: Lappini anlayıram

Hyundai komandasının rəhbəri Siril Abitebul bildirib ki, sürücüsü Esapekka Lappinin məyusluğunu anlayır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü rallinin əvvəllərində Sebastyan Ojye ilə qələbə uğrunda mübarizə aparırdı. Hətta doqquzuncu etapdan sonra 0.3 saniyə fərqlə lider idi. Lakin o, bundan sonra həm temp itirdi, həm də gölməçəyə düşdüyü üçün radiatorunu zədələdi. Bundan sonra fin sürücü geriləməyə başladı.

Şənbə günü Ojyenin qəzası ilə Esapekkaya qələbə şansı doğsa da, komanda yoldaşı Terri Növil ideal şəraitdə etapa başlayaraq, 23.8 saniyə fərqlə liderliyə oturdu. Bundan sonra Lappinin qələbə şansi suya düşdü və ikinciliyə razı oldu.

Yarışdan sonra Lappi komandası adına sevincdiyini desə də, qələbəni əldən verdiyi üçün çox məyus idi.

Siril Abitebul: “Onun məyusluğunu anlayıram. Açıq danışsam, onu deyə bilərəm ki, komanda əmri olmadı. Sadəcə 14-cü etapda Sebastyenin mübarizəni dayandırdığını və şəraitə uyğun işləməli olduğunu dedik. Bu isə o demək idi ki, Terri onu keçəcəkdi.

Məncə, komandanın strategiyasından və vəziyyətdən xəbərdar idi. Buna görə də məyusluğunu anlayıram. Ancaq maşının stabil olması çempionatda yalnız Terriyə yox, ona da fayda gətirəcək.

Onun şərhlərini gördüm. Xoşbəxt olduğunu hiss edə bilirsiniz, amma məyusluğu da hiss olunur. Lakin bu uğurun bir parçasıdır. O, mənim üçün rallinin ən yaxşı sürücüsü idi”.

Qeyd edək ki, Hyundai-ın bu qələbəsi Siril Abutebulun rəhbərləyində ilk qələbə idi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*