F-1.az xatırladır ki, Abitebul 2016-cı ildən – komanda Formula1-ə qayıdandan – bəri Renault-ya rəhbərlik edir. Ancaq artıq 5-ci mövsümdür ki, Fransa təmsilçisi Formula1-də podiuma belə yüksələ bilməyib. Son günlərdə çıxan iddialara əsasən Sirili hazırda Alfa Romeo-nun rəhbəri olan Frederik Vassyör əvəz edəcək.
Frants Fersşur: “Məncə, Formula1-dən üç nəfər getməlidir – Siril Abitebul, Kler Uilyams və Mattia Binotto. Açıq danışaq, Renault-nun yaxşı büdcəsi var, amma Siril göstərdi ki, iş bacarmır. Bu qədər pulla belə pis nəticələr əldə etmək olmaz.
Bir dəfə bu barədə Frederik Vassyör ilə danışmışdıq. Mənə dedi ki, onunla işləyə bilmərəm yoxsa dava edəcəyik. Buna görə də Vassyör oradan ayrıldı. Abitebul bütün işləri korlayır”.