F-1.az xatırladır ki, Renault 2017-ci il üçün Hülkenberqlə müqavilə bağlayıb və digər yer üçün bir çox sürücü ilə danışıqlar aparır. Belə görünür ki, Bottas və Saynsı transfer edə bilməyən komanda Niko ilə yanaşı, Okon, Palmer və ya Maqnussenlə yarışacaq. Maqnussenin komandada qalma ehtimalının çox olduğu bildirilir.
Siril Abitebul: “Sürücünün haralı olması vacib deyil. Bunun seçimimizə heç bir təsir etməyəcəyini dəqiqliklə deyə bilərəm. Sürətli və komandaya xeyri dəyəcək sürücü olmasını istəyirik. Niko kimi təcrübəli olmalıdır. Güclü sürücünün komandaya verə biləcəyi şeylərdən xəbərdarıq. İkinci sürücümüzdən gözlədiyimiz budur. Qərar vermək üçün vaxta ehtiyacımız var. Bir neçə varianta baxırıq. Bizim layihəmiz bir çox sürücünün diqqətini cəlb edir. Nikonu komandaya gətirmək planımızın ilk addımı idi. Bəzi yeni addımlar və yeni müqavilələr olacaq. Tezliklə hamısını elan edəcəyik”.