S.Abitebul: “Hülkenberq Saynsdan sonra gücləndi”

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, Karlos Sayns komandaya qoşulduqdan sonra Hülkenberq işinə daha ciddi yanaşmağa başlayıb.

F-1.az xatırladır ki, “sarılar” keçən mövsümün sonunnda Colion Palmeri təqaüdə göndərərək, yerinə Karlos Saynsı gətirmişdilər.

Siril Abitebul: “Karlos gəldikdən sonra Niko bolidlə daha çox maraqlanmağa başladı. İlk dəfə bizdən digər bolidin yanacağı, təkərləri və mühərrik rejimi barədə məlumat alırdı. Təbii ki, gözəl haldır. Digər bolidlə maraqlanması işə ciddi yanaşdığını göstərir və bu, komanda üçün əla haldır. Bu hadisələrin Hülkenberqi oyandırdığını deyə bilmərəm. Onsuz da əsl mübarizdir və həmişə diqqətlidir. Sadəcə işlərin ciddiləşdiyini anladı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*