S.Abitebul hazırkı formatdan narazıdır

Renault Motorsport-un rəhbəri Siril Abitebul bildirib ki, cümə günü keçirilən sərbəst yürüşlər lazımsızdır və Liberty Media bu formatı dəyişməlidir.

F-1.az xatırladır ki, cümə günü iki sərbəst yürüş keçirilir. Bu sessiyalarda sürücülər yarış üçün ən ideal sazlanmanı axtarırlar. Amma son vaxtlar gəzən söz-söhbətlərə əsasən, Liberty Media bu sessiyaları ləğv edərək, daha həyəcanlı format qurmaq istəyir.

Siril Abitebul: “Liberty Media-ya bu məsələni təhlil etmələri üçün bir neçə ay vaxt verilməlidir. Amma hazırkı həftəsonu formatı dəyişdirilməlidir. Cümə sərbəst yürüşlərinin yarışa heç bir xeyri yoxdur. Elə etməliyik ki, komandalar daha az pul xərcləsinlər”.

Liberty Media dəyişikliklər etməmişdən əvvəl mövsümün ilk yarışlarını görmək istəyir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*