S.Abitebul: F1 planımız yoxdur

Hyundai Motorsport-un rəhbəri Siril Abitebul bildirib ki, yaxın zamanlarda Formula1-ə gəlməyəcəklər.

F-1.az xatırladır ki, 2026-cı ildə Formula1-də yeni motor reqlamenti olacaq və bəzi iddiala görə Hyundai da Formula1-ə gələcək.

Siril Abitebul: “Belə planımız yoxdur. Sözün açığı, Hyundai yeni məhsulları ilə dünya bazarında böyüməyə davam edir. Avtoidman da bunları dəstəkləmək üçündür. Buna görə də şirkətlə birgə oturub, əsas nəyə ehtiyacımız var onu bilməliyik.

Ralli A seqmentində olan maşınların inkişafı üçün yaxşıdır. Görək nə olur. Hazırda bizim üçün əsas rallidir. Burada qələbələr qazanmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*