F-1.az xatırladır ki, iddialara əsasən, McLaren və Honda artıq yollarını ayırmağa çox yaxındırlar. Britaniyalıların Renault və Mercedes-lə danışıqlar apardığı iddia edilir.
Fransızlar 2014-cü ildə də 4 komandanı mühərriklə təmin etmişdilər. Bu komandalat Lotus, Red Bull, Toro Rosso və Caterham idi.
Siril Abitebul: “Keçmişdə 4 komandanı mühərriklə təmin edə bilirdik. V8 dövrünün sonunda çox uğurlu idik. V6 dövrünün başlanğıcı isə çox çətin və sancılı idi. İndi isə 4-cü müştəri barədə düşünəcək gücə qayıtmışıq. Bu mövsüm və gələn il inkişafa davam edəcəyik. Bütün komanda olaraq etibarlılığa fokuslanmışıq, çünki bunu həll edə bilməsək, müştərilərimizi pis vəziyyətdə qoyarıq.
Gələn il hər sürücüyə 3 mühərrik veriləcək və bu da işimizi asanlaşdıracaq. Dörd komandanı mühərriklə təmin edə bilərik.
Sözün açığı, keçmişdəki ən tələbkar müştərimiz Caterham idi. Onlarla birgə bir neçə müştərini mühərriklə təmin etmişdik. Mühərriyimiz ən yaxşısı olmasa da, müştərilərinə ən yaxşı davranan istehsalçıyıq”.