F-1.az xatırladır ki, Renault mühərrikləri keçən il çoxsaylı etibarlılıq problemi yaşasalar da, bu il mövsümün ilk yarışında 6 bolidlə də xal qazana biliblər. Bundan başqa “sarılar” 2016-cı ildə idmana qayıtdıqdan sonra ilk dəfə hər iki bolidlə xal qazanıblar.
Siril Abitebul: “Renault komandasında və hər iki müştərimizdə etibarlılıq problemi yaşamadıq. Komandanın performansı gözlədiyimiz kimi idi. Nəticə yaxşı idi. Formula1-ə qayıtdıqdan sonra ilk dəfə iki bolidlə xal aldıq. Nəticədən razı olmalıyıq. İlk yarış cəsarətverici idi. Onluq arasındakı fərqlərə nəzarət etməliyik. Doğru yöndə inkişaf edirik. Bəhreyndə də problemsiz həftəsonu keçirməliyik”.