F-1.az xatırladır ki, Renault mühərrikləri keçən il mövsümün ikinci yarısında etibarlılıq problemləri yaşamışdı.
Siril Abitebul: “Sözün açığı, müştərilərilərimizlə münasibətdə müsbət yönlər mənfi tərəflərdən çoxdur. Onlarla mübarizə aparmaq bizə çətin olsa da, əlimizdən gələni edəcəyik. Mühərriyimizi təkmilləşdirməyə çalışırıq. Keçən il performansı artırmaq istəsək də, problemlər meydana gəldi. Bu problemlərin üzərində işləyirik.
McLaren ilə işləmək bizə kömək edəcək. Onlar tarixi komandadırlar və inkişaf üçün bizə yol göstərəcəklər. Yeni mövsümü həyəcanla gözləyirik. Ümid edirəm ki, hər şey gözlədiyimiz kimi olar”.