F-1.az xatırladır ki, Renault komandası mövsümün ikinci hissəsində cəmi 22 xal toplaya bilib. Fransalılar hazırda 5-ci yerdə olan Williams komandasından 28 xal geri qalırlar.
Siril Abitebul: “Mövsümün əvvəlində hədəfimiz 5-ci yer idi, amma hazırda buna nail olmaq çətin görünür. Düzdür, hələ riyazi şanslarımız var və əlimizdən gələni edəcəyik. Amma sonuncu Meksika yarışı bizim üçün hər şeyi çətinləşdirdi. Tempimiz yaxşı olsa da, hər iki sürücü ilə mübarizəni dayandırdıq və 10-15 xaldan olduq. İndi isə hədəfimiz son 2 yarışda 6-cı yeri qorumaq olacaq. Mövsüm bizim üçün bitib və gələn ilin bolidinə fokuslanmışıq”.