S.Abitebul: “Bəhreyndə özümüzü göstərə bilərik”

Renault Sport-un direktoru Siril Abitebul Bəhreyn yarışında Avstraliyadakı uğursuzluğu unutdurmaq istəyir.

F-1.az xatırladır ki, Albert Parkdakı yarışda Hülkenberq 7-ci yeri tutsa da, Daniel Rikkado etibarlılıq probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Siril Abitebul: “İlk yarışdakı yeddincilikdən razıyıq, amma bu il bir az məyus olduq. Bolidimizin orta qrupun ən güclüsü olmağa imkan verir. Amma sıralanma turu və yarışı nəzərə alsaq, gözlədiyimiz olmadı. Bəhreyndə daha yaxşı nəticə göstərmək istəyirik. Mühərrik cəhətdən güclənmişik. İkinci yarışda bunu göstərməkçün fürsətimiz var. Bəhreynə bəzi aero yeniliklərlə gəlirik. Bundan başqa bütün həftəsonu etibarlılıq üçün işləyəcəyik. Etibarlı bolid sürücülərimizin maksimum xallar almasına kömək edir. İki sürücümüzün də xal alması komandamızın keyfiyyətini göstərir. Hədəflərimizə çatmaq üçün güclü olmalıyıq”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*