F-1.az xatırladır ki, Renault komandası 2016-cı ildə idmana qayıdıb və hər il yüksələn qrafiklə inkişaf edib.
Siril Abitebul: “Rikkardo ilə əsas hədəf 2021-ci ildə çempionluq uğrunda mübarizə aparmaqdır. Amma ümid edirəm ki, 2020-ci ildə qələbə qazanarıq. Amma 29-30 yaşlı sürücülər sadəcə sürmək yox, daha artığın istəyirlər. Hamı belə deyil, amma bizim sürücülərimiz inanıram ki, elədirlər.
Rikkardonun bizim komandaya gəlməsi hədəfimizin ciddiliyini göstərir. Son iki il yarımda gördüyümüz iş diqqətini cəlb edib. Danielin istedadı və xarizması bizim üçün müsbət haldır. Buna görə də ona yaxşı bolid verməliyik”.