F-1.az xatırladır ki, 2014-cü ildə turbo era başladıqdan sonra Mercedes mühərrikləri açıq-aydın rəqiblərindən üstün olub. Amma Renault 2016-cı ildə mühərriyini inkişaf etdirmiş və Red Bull komandasının timsalında Mercedes-ə nisbətən yaxınlaşmışdı.
Abitebul hesab edir ki, onlar 2018-ci ildə rəqabətədavamlı ola bilərlər: “Hazırda var qüvvəmizlə mübarizə aparırıq. Renault olaraq tarixboyu belə işlədik. Bunu davam etdirmək istəyirik. Mercedes hazırda əlçatmazdır. Bu il onlarla çətin ki, mübarizə aparaq, amma gələn il uğurlu ola bilərik. Yeni nəsil güc qurğularına görə məyusam.
Red Bull vaxtında bizim mühərriklərlə uğur qazanmışdı. Son illərdəki uğursuzluqlar təkcə bizim günahımız deyil. Onlar da heç vaxt günahı bizdə gördüklərini demədilər. Ümid edirəm ki, qısa müddət ərzində özümüzə gəlib, yaxşı nəticələr alarıq”.