Russell: Yellənmə problemi hələ də qalır

Keçən il Formula1 qraund effektə əsaslanan yeni nəsil maşınlara keçərkən əksər komandalar yüksək sürətlə şassinin şaquli yellənməsi problemi ilə üzləşmişdilər.

F-1.az xəbər verir ki, yellənmə bəziləri üçün daha çox, digərləri üçün daha az dərəcədə özünü göstərmişdi, lakin mühəndislər tədricən bunun öhdəsindən gəlmişdilər, lakin bu, onun tamamilə keçmişdə qalması demək deyil.

Corc Rassell: “Deyərdim ki, düzlüklərdə artıq yellənmə yoxdur. Lakin klirens çox kiçik olduqda, yəni maşının altlığı asfaltın səthinə çox yaxın olduqda, yellənmə yenə də özünü göstərir. Biz bu maşınların suyunu sıxıb çıxarırıq, amma yellənmədən qaçmaq üçün hündürlüyünü 20 mm artırmayacağıq, çünki bu zaman sürət dərhal iki saniyə aşağı düşəcək.

Döngələr yavaş olduğu üçün Kanadada yəqin ki, bu problem olmayacaq, lakin növbə Silverstoun və Suzuka kimi traslara çatdıqda bu cür problemlərin yenidən şahidi olacağımız mümkündür.

Təəssüf ki, problem hələ də qalmaqdadır, baxmayaraq ki, biz bu texniki reqlamentə bir il yarım əvvəl keçsək də, bir çox sürücülər hələ də çətinlik çəkirlər. Bəziləri deyir ki, reqlamentə düzəlişlər edilməlidir, belə problemi olmayanlar bununla razılaşmır.

Təbii ki, ən sürətli iki avtomobili idarə edənlərin digərləri ilə müqayisədə heç bir xüsusi çətinliyi yoxdur. Şübhəsiz ki, onlar digərlərindən daha yaxşı işləyirlər, lakin bu məsələ Formula1 və FİA-nın səlahiyyətindədir, bununla bağlı nə etmək olar, onlar qərar verməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*