F-1.az xatırladır ki, Rusiya Ukraynanı işğal etdikdən sonra Formula1 rəhbərliyi şimal qonşularımızı təqvimdən çıxarmışdı. Portuqaliyə təqvimin boşalan yerinə görə müraciət edən ilk ölkə olub. Bundan başqa Türkiyə və Almaniya da vakant yer üçün iddialıdır.
Formula1 rəhbərliyi ölkə seçərkən loqistikaya da önəm verəcək. Rusiya yarışı sentyabrın 25-i baş tutmalı idi. Ondan əvvəl isə sentyabrın 11-də Montsa yarışı olacaq. Buna görə də Portimao düzgün seçimdir. Ancaq sonrakı yarışın oktyabrın 2-də Sinqapurda olması işləri çətinləşdirir.
Maliyyə də əsas rol oynayacaq, çünki yarışı təşkil etmək ümün Portuqaliya bir neçə milyin dollar puldan keçməlidir.