Formula1-də vaxtı ilə çıxış etmiş rusiyalı pilot Vitaliy Petrov bu ilin fevral ayında Dünya Dözümlülük Çempionatının (WEC) LMP2 kategoriyalı SMP Racing komandası ilə razılaşmış və “hələ verilmiş bir qərar yoxdur? ancaq bir gün bəlkə də Formula1-də yarışa bilərik” demişdi.
SMP Racing komandasının sahibi Boris Rotenbergdir. Rotenberg çərşənbə günü verdiyi açıqlamada bildirib: “Təbii ki, özümüzün Formula1 komandamızı görmək istəyirik. Hazırda lazım olan hər şeyi edirik, amma hər şey bizdən asılı deyil. Formula1-ə yavaş-yavaş, addım-addım hazırlaşırıq”.