F-1.az xatırladır ki, Liberty Media müasir dövrə uyğun olmadığı üçün mövsümün əvvəlində düzülüşdəki qızları yasaqlamışdı. Lakin Monako və Avstriyada bu yasağa əməl edilməmiş və qızlardan istifadə edilmişdi. Rusiya Qran Prisinin baş təşkilatçısı Dmitri Kozak bildirib ki, bu barədə FİA ilə danışıqlara başlayıblar: “Düzülüşdə qızların olmasını istəyirik. Bunun üçün lazımi hər şeyi etdik. Hazırda həm FİA, həm də təşkilatçılarla danışıqlar aparırıq. Lazımi addımların atılması üçün əlimizdən gələni edirik”.
Rusiyada düzülüş qızları olacaq?
Monako və Avstriyadan sonra Rusiya Qran Prisində də düzülüşdə qızlardan istifadə ediləcək.