Rusiya-2016: Texniki analiz

F-1.az bildirir ki, Rusiya Qran Prisinə xırda yeniliklər gətirən komandalar arasında ən aktivi Mclaren komandası olub.

Belə ki, komanda Soçiyə əyləc barabanının havalandırma sistemində və başqa dəyişikliklərlə gəlmişdi.

Barabanın konstruksiyasına bəzi dəyişikliklər etməklə, yerini, quruluşunu və temperaturun lazım olan dərəcəsini təmin edən dəliklərin istiqamətinə dəyişikliklər etmişdi. Əksər komandalar öncə hazırladıqları sistemləri yenidən istifadə edirdilər.

Əyləc diskindən isti havanın təkər tərəfə dağılmasını təmin edən damlavari kəsiklər daha böyük dəliklərlə əvəzlənmişdi (1).

Mclaren

 

Bu dəyişikliklər, diskdən istinin uzaqlaşdırılması əvəzinə, çox güman ki, havalandırma borusuna daxil olan havanı həmin dəliklərə yönəldir və təkərlərin qızmasının qarşısını almağa yardım edir.

Pirelli təkərləri temperatur rejiminə və qızmaya çox həssasdırlar. Bu təkmilləşdirmə bir dəst təkərlərlə daha uzun məsafənin stabil tempdə qət edilməsinə yardım etmiş olur.

McLaren komandası Rusiyaya yan pontonların yuxarı hissəsində hava ayırıcılarının yeni versiyasını da gətirmişdi. Əvvəlki variantda bir dənə şaquli elementdən istifadə edilirdi, ancaq yeni pontonlarda bəzi dəyişikliklər oldu: (2) və (2-2).

Mclaren

Mclaren

 

McLaren komandasının  başqa cüzi yeniliyi ön qanadla bağlıdır. Ön qanada kiçik bir şaquli üzgəc yerləşdirməklə kifayətlənmişdilər. Bütün kompleks yeniliklərin ön təkərə istiqamətlənən hava axınının aerodinamik göstəriciləri yaxşılaşdıracağı ehtimal edilir (3).

Mclaren

 

Mercedes AMG komandası da Soçiyə çox mühüm yeniliklərlə gəlmişdi.

Ön əyləc disklərinin temperatur rejimini stabil saxlamaq üçün, komandaların intensiv fəaliyyətləri göz qarşısında idi. Mercedes sərbəst yürüşlərdə yoxladığı yeni ön qanaddan yarışda istifadə etmədi – komandada daha çox sazlanmalar və təkərlə iş rejimləri üzərində çalışmağa üstünlük verdilər.

İlk üç yarışda əyləc sistemi ilə bağlı yaşadıqları problemi aradan qaldırmaq üçün ön əyləc sisteminin konfiqurasiyasına yenidən dəyişikliklər edilmişdi (4-2).

Mercedes

 

Çindəki üfüqi üzgəc yerini saxlamaqla, hava axınının daxil olduğu dəlik arxa tərəfə çəkilmişdi (4).

Mercedes

 

Mercedes komandası ön qanadın yan lövhələrində dəyişikliklər etmişdi. Yeni versiyada arxa profilin yuxarı hissəsi bir neçə bölmələrə ayrılmışdı. Bu dəyişiklik nəticəsində hava axını ön təkərin yanından keçərək lazımsız burulğanlığın qarşısını almalı və bolidin altında aerodinamik  effektivliyi artırmalı idi (5).

Mercedes

 

Red Bull Racing komandası arxa qanadın yan lövhələrində üç diaqonal kəsik etmişdi. Bu yenilik arxa qanadda yaranan təzyiqi aşağı salır, effektivliyi artırır və arxa qanadda formalaşan hava axınının nizamlanmasına yardım edir (6).

Red Bull Racing

 

Williams komandası Rusiya Qran Prisinin sərbəst yürüşlərinin bir hissəsini ön qanadın effektivliyini yoxlamaqla keçirdi. Yan lövhələrinin daxili hissəsinə damalı yapışqanlar vurmaqla ön qanadın nə dərəcədə necə işləməsini öyrəndilər. Kiçik sarı qutuda yüksəksürətli kadrlar çəkmə imkanı olan kamera quraşdırmışdılar. Bu kamera vasitəsi ilə ön qanaddakı xırda elementlərin hərəkət nisbətini maksimal öyrənməyə çalışırdılar (7).

Williams F1

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*