F-1.az xatırladır ki, Soçidəki yarış 2014-cü və 2015-ci illərdə oktyabr ayında keçirilsə də, son iki ildə aprel ayının son günlərində keçirilib.
Dmitriy Kozak: “FİA məsulları ilə bu barədə danışdıq. Yarışları yaz aylarında yox, payızda qəbul etmək istəyirik. İnanmıram ki, bu hal problem yaratsın. Nəticədə yanlış bir şey istəmirik. Ümid edirəm ki, vəziyyəti analiz edib bizə müsbət cavab verərlər. Bu cür halları keçmişdə görmüşük. Yəni onlar üçün də qeyri-adi hal deyil. Buna görə də müsbət xəbər gözləyirəm. Görək nə olur”.