Rusiya Qran Prisi gələn ilin noyabrında keçiriləcək

Rusiya Qran Prisi 2014-cü ilin noyabrında Soçidə baş tutacaq – bu barədə jurnalistlərə şəhərin meri Anatoliy Paxomov bildirib. Anatoliy Paxomov: […]

Rusiya Qran Prisi 2014-cü ilin noyabrında Soçidə baş tutacaq – bu barədə jurnalistlərə şəhərin meri Anatoliy Paxomov bildirib.

Anatoliy Paxomov: “Olimpiadadan sonra, noyabr ayında Formula1 yarışını keçirəcəyik. Trasın tikintisi ilə Krasnodar diyarının hökuməti məşğul olur və hər şey uğurla gedir. bütün işlər qrafikə uyğun, vaxtında görülür. Əgər hər hansı problemimiz olsaydı, biz digər subyektlərdən dəstək alardıq.”

Bundan başqa Soçinin meri bildirib ki, layihə mütləq baş tutmalıdır, çünki “ölkənin şərəfinin müqəddaratı həll olunur.”

Rusiya mətbuatı isə noyabr ayının Formula1 yarışları üçün münasib vaxt olmamasını müzakirə etməyə başlayıb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*