Dünən keçirilmiş mətbuat konfransında Soçi şəhərinin meri Anatoliy Paxomov bildirmişdi ki, Rusiya Qran Prisi 2014-cü ilin noyabr ayında keçiriləcək. Noyabr ayının soyuq olması isə hamıya məlumdur və bu ayda Formula1 yarışı keçirmək məqsədəuyğun olmadığı üçün merin sözləri Rusiya mətbuatında geniş müzakirələrə səbəb olub.
Bu gün meriyanın mətbuat xidməti məlumatı dəqiqləşdirməli olub – Rusiya QP noyabr ayında deyil, oktyabr ayında keçiriləcək. Meriyanın yaydığı bəyanatda deyilir: “Dünən mətbuat konfransında Soçi şəhərinin meri Anatoliq Paxomov Formula1 yarışın keçirilmə vaxtını dəqiq söyləməyib. Dəqiqləşdiririk ki, yarış 2014-cü ilin oktyabr ayında keçiriləcək…”