F-1.az xəbər verir ki, 2017-ci ildə Rusiya QP-nin xərclərini şəxsi şirkətlər qarşılayacaq. Qeyd edək ki, Rusiya QP 2014-cü ildən təşkil edilirdi və Ekklstounun yaxın dostu və Rusiyanın prezidenti Putinin göstərişi ilə dövlət tərəfindən xərcləri qarşılanırdı.
Rusiyanın baş naziri Dmitriy Kozak bildirib ki, ən böyük investorlar yanacaq markası Lukoil, VTB Bank və alüminium şirkəti RusAl-dır: “Lukoil, VTB və RusAl-la birlikdə digər şirkətlər builki ödəməni etdilər. On investorun təşkil etdiyi bir qrup var”.