Rusiya gözəl qızlar istəyir

Liberty Media-nın düzülüşdəki qızlardan imtina etməsi Rusiya Qran Qrisinin təşkilatçılarını əsəbləşdirib.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən düzülüşdəki qızları kartinq yarışlarında iştirak edən uşaqlar əvəz edir. Amma düzülüşdəki qızlardan imtina nə fanatların, nə də yarış təşkilatçılarının xoşuna gəlməyib.

Rusiyanın baş nazirinin müavini və Rusiya Qran Prisinin rəhbəri Dmitri Kozak azyaşlı uşaqların istismarını düzgün saymır: “Burada yetkin adamlar olmalıdırlar. Avtoidmanın və avtomobillərin reklamlarında qızların olması daha xoşdur. Bu ənənəni davam etdirmək istəyirik. Nəticədə bizim qızlarımız çox gözəldirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*