F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın bir qədər buludlu olacağı, az da olsa, yağış yağacağı və temperaturun +24 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Şənbə günü üçün olan proqnozlar da eynidir, yeganə fərq +25 dərəcə istiliyin gözlənilməsindədir. Yarışın baş tutacağı bazar günü isə hava günəşli, temperatur +26 dərəcə olacaq. Yağıntı proqnozlaşdırılmır.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.