Rusiya-2020: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Soçidəki yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər çempionatın lideri Lyuis Həmiltonu bu yarışda da əsas favorit hesab edirlər. Ondan başqa, cəmi iki sürücünün – Valtteri Bottasın və Maks Ferstappenin qələbəsinə müəyyən qədər inam var. Yerdə qalan sürücülərin isə yarışda İtaliya Qran Prisindəki kimi hadisələr baş verməzsə, qələbə qazanma ehtimalları demək olar ki, yoxdur.

Rusiya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.44
Valtteri Bottas 4.33
Maks Ferstappen 6.50
Serxio Peres 41.00
Ləns Stroll 51.00

 

Lyuis ümumi nəticəyə görə ən yaxın izləyicisi olan komanda yoldaşından 55 xal öndədir. Mühəndislər kubokunda da Mercedes rəqiblərini çox böyük fərqlə üstələyir. Bu vəziyyətdə bukmeykerlərin ən azından bu həftəsonu üçün və fərq bağlanmazsa, növbəti yarışlar üçün sürücülər çempionatına və Mühəndislər Kubokuna pul qoyuluşu qəbul etməməsi təəccüblü deyil…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*